Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı Qubada Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbir ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsinin ziyarət edilməsi, gül-çiçək dəstələrinin qoyulması ilə başlayıb. Sonra tədbir Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mərkəzində davam etdirilib. Tədbirdə YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev və idarə heyyətinin üzvləri çıxış edərək partiyanın yaranmasından, keçdiyi və keçməkdə olduğu şərəfli yoldan danışıblar. YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev çıxış edərək birdirib ki, YAP-ın gördüyü işlər böyük bir tarixə bərabərdir: "YAP Azərbaycan dövlətçiliyinin qorunmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında böyük və əhəmiyyətli işlər görüb. Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti Yeni Azərbaycan Partiyasına olan ümumxalq inamını daha da genişləndirmiş, onu ümumxalq partiyasına çevirmişdir".
Daha sonra çıxış edənlərdə YAP-ın ən güclü partiya olduğunu qeyd ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB