İordaniyanın nüfuzlu "Əl-Dustur" qəzetinin 20 noyabr tarixli nömrəsində "Bakı Beynəlxalq Humanitar Forumu xalqlar, mədəniyyətlər və sivilizasiyalar arasında dözümlülük mədəniyyətinin yaradılmasına çağırır" sərlövhəli məqalə dərc edilib.
Məqalədə qeyd edilir ki, müxtəlif mövzularda "dəyirmi masa"ların təşkil edildiyi Forumda 70 ölkədən sabiq prezidentlər, Nobel mükafatı laureatları, elm, mədəniyyət xadimləri ilə birlikdə İordaniyadan da nümayəndələr iştirak ediblər.
Yazıda diqqətə çatdırılır ki, Asiya və Avropa sivilizasiyalarının qovuşuğunda yerləşən Azərbaycan bu cür mötəbər tədbirlərin keçirilməsi üçün ideal məkandır.
Məqalədə Prezident İlham Əliyevin Forumun açılışında söylədiyi nitqin böyük maraq doğurduğu vurğulanır, ölkəmizin mədəniyyətlər və sivilizasiyalar arasında tarixi dialoqun qurulmasındakı təcrübəsindən bəhs edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB