Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 21-ci ildönümü münasibətilə Kürdəmir rayon təşkilatında tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyev, Milli Məclisin deputatı Fərhad Qəribov, YAP rayon təşkilatının idarə heyəti və şura üzvləri, ərazi ilk partiya təşkilat sədrləri, partiya fəalları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkına gedərək Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublər.
Sonra tədbir Rayon "Gənclər Evi" ndə öz işinə davam edib.
YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli YAP-ın yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, partiyanın yaradıcısı Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından və partiyamızın cəmiyyətdə aparıcı rolundan danışaraq bildirib ki, YAP-ın Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında qazanılmış uğurlar artıq davamlı hal almaqdadır.
Tədbirdə müxtəlif mövzularda çıxışlar olub.
Tədbirdə Kürdəmir rayon İcra hakmiyyətinini başçısı İrşad Əliyev çıxış edərək bildirib ki, müstəqillimizin ilk vaxtlarında ölkədə yaranan ictimai-siyasi və hərbi durumda Azərbaycanın müstəqilliyini qorumaq, dövlət yaratmaq üçün siyasi partiya lazım idi.
Natiq qeyd edib ki, bu gün Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, YAP-ın Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda geniş quruculuq işləri gedir, regionlar o cümlədən, Kürdəmir sürətlə inkişaf edir, abadlaşır.
Tədbirdə YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim olunub.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB