Bu il ərzində Ermənistan rayonlarının əhalisi 13-17% azalıb. SİA-nın Ermənistanın "Lragir.am" saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Milli Statistika Xidməti son rəqəmləri açıqlayarkən xəbər verib. Xəbərdə qeyd olunub ki, il ərzində Ermənistanın paytaxtı İrəvanın əhalisi 61 min nəfər (5,4%) azalıb. Ölkə əhalisinin sayında ümumən 247 min (7,5%) nəfər azalma qeydə alınıb.
Qeyd edək ki, "Eurones"-in rəsmi məlumatına görə, 1356 nəfər erməni vətəndaşı xarici ölkələrdə sığınacaq axtarır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB