Sabah Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə gəlir

Sabah Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə gəlir

Belarus Prezidenti Aleksandr Lukaşenko noyabrın 20-21-də Azərbaycanda rəsmi səfərdə olacaq. SİA-nın məlumatına görə, bu barədə "Belta" agentliyi Belarus Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

Səfər çərçivəsində A.Lukaşenkonun Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək, sonra isə geniştərkibli görüş keçirəcəyi gözlənilir.

Danışıqların yekunu olaraq müxtəlif sahələrdə əməkdaşlıq haqqında bir sıra ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə