"Rusiya məcburdur ki, Dağlıq Qarabağ probleminin həllində bundan sonra ədalətli olsun. Çünki hazırda dünyada baş verən proseslər tamamilə fərqlidir".
Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Yevda Abramov bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "Rusiya Dağlıq Qarabağ probleminin həllinə birbaşa dəstək verməyə hazırdır" bəyanatına münasibət bildirən millət vəkili Y.Abramov qeyd edib ki, bu gün dünyada baş verən proseslər artıq məcburiyyət yaradır ki, münaqişələrin həllində kontruktivlik nümayiş etdirəsən: "Həmçinin, Azərbaycan iqtisadiyyatı və hərbi gücü ilə regionda super gücə çevrilib. Ermənistan isə günbəgün iflasa gedir. Təbii ki, bütün bunları Rusiya da, Ermənistan da, dünya dövlətləri də görür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB