Təhmasib Novruzov : “20 noyabr vertolyot qəzası köklü şəkildə araşdırılmalıdır”

Təhmasib Novruzov : “20 noyabr vertolyot qəzası köklü şəkildə araşdırılmalıdır”

"Qəza nəticəsində vertolyotdakı qara qutunun Azərbaycandan çıxarılaraq, Moskvaya aparılması yetəri qədər sual doğuran məsələdir. Daha sonra qutudan yetəri qədər faktların aşkarlanmaması da tərəddüdlərə səbəb olur". Bu sözləri SİA-ya açıqlamasında Azadlıq Hərəkatı İctimai Birliyinin sədri Təhmasib Novruzov bildirib.

Onun sözlərinə görə Azərbaycan tərəfi qəza bölgəsinə gedənə qədər mövcud dəlillərin və faktların məhv edlməsi bu gün də 20 noyabr qəzasının həqiqətlərini aşkar edilməsində müəyyən problemlər yaradır: "Dağlıq Qarabağda baş verən hadisələrdən Xocalı soyqrımına qədər bütün bu hadisələr vahid bir istintaq qrupu tərəfindən köklü şəkildə tədqiq olunmalı və həqiqəti ortaya qoymalıdır. Əks təqdirdə bu hadisələr kimlərinsə mülahizələri və yanlış verdiyi məlumatlar əsasında müəmmalı olaraq qalacaq".

Qeyd edək ki, 20 noyabr 1991-ci il tarixində Xocavənd rayonu Qarakənd kəndi yaxınlığında baş verən vertolyot qəzasından 22 il ötür. Həmin qəzada tanınmış ictimai-siyasi dövlət xadimləri öz həyatlarını itiriblər. Həmin vertolyot qəzasında 22 nəfər görkəmli şəxsiyyətlər şəhid olmuşdu. Bu günə qədər sirr olan bu faciədə həyatlarını itirmiş şəxslərin adlarını təqdim edirik:

1. Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi

2. İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror

3. Məhəmməd Nəbi oğlu Əsədov – Daxili İşlər naziri

4. Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini

5. Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili

6. Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili

7. Osman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri

8. Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini

9. İqor Aleksandiroviç Plaviski – DQMV-nin prokuroru

10. Vladimir Vladimiroviç Kovalyov – DQMV-nin Daxili İşlər İdarəsinin rəisi

11. Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi

12. Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı

13. Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-inin müavini

14. Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru

15. Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant

16. Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi

17. Alı Mustafa oğlu Mustafayev – telejurnalist

18. Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı

19. Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator

20. Vyaçeslav Vladimiroviç Kotov – helikopter heyətinin komandiri

21. Gennadi Vladimiroviç Domov – helikopter heyətinin üzvü

22. Dmitri Borisoviç Yarovenko – helikopter heyətinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə