Müsavat gənclər təşkilatına seçkilər keçirib Əhliman Abbası gənclərinə sədr seçən müsavatçıların arasına yenə də dava düşüb. Məlumdur ki, bir neçə ay bundan əvvəldə Müsavat gənclər təşkilatında sədr seçkisi zamanı saxtakarlığa yol verən bu gənclər, növbəti dəfə də öz daxili seçkilərindən narazı qalıblar. Bu barədə SİA-ya Müsavat partiyasından mənbə bildirib.
Adının açıqlanmasını istəməyən müsavatçıdan aldığı məlumata əsasən, Əhliman Abbasın müsavatçı gənclərə sədr seçilməsi partiya daxilində çoxlarını narazı salıb. Belə ki, bir neçə gənc seçkidən dərhal sonra qruplaşma yaradıb və Əhliman Abbasa qarşı nəlayiq sözlər söyləyiblər.
Həmçinin onu da qeyd edək ki, məlumatlara əsasən, yaxın zamanlarda bu seçkinində nəticəsi ləğv olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB