Prezident seçkiləri öncəsi AXCP-nin sədr müavinliyi postundan, eləcə də Milli Şuradan istefa verərək hərəkat yaratmış Asəf Quliyev artıq ofisə yerləşib.
SİA-nın məlumatına görə, ofis ADP-nin qərargahındadır.
Etibarlı mənbədən aldığımız məlumata görə, ADP sədri Sərdar Cəlaloğlu Asəf Quliyevlə görüşərək, yaradılan "Xalq Arzusu" ərəkatının fəaliyyəti üçün öz qərargahını təklif edib. Bununla razılaşan Asəf Quliyev ADP ilə müxalifət koalisiyası yararmaq təklifini irəli sürüb.
Mənbə onu da qeyd edib ki, Sərdar Cəlaloğlu 2015-ci ildə keçiriləcək parlament seçkilərində hər iki siyasi təşkilatın birgə iştirakı istiqamətində razılaşma da əldə ediblər: "Koalisiya heç bir bloka qoşulmayacaq".
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB