Hafiz Hacıyev: “Mollalara ölü yeri lazım olduğu kimi, müxalifətə də bəhanə lazımdır” AÇIQLAMA
"Bütün bunların hər biri müxalifətin növbəti bəhanələridir. Radikal müxalifət çalışır ki, bu şou ilə özlərinə xal yığsın". Bunu SİA-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev "Azadlıq" qəzetinin bağlanması ilə əlaqədar ənənəvi müxalifətin ölkəmizin ünvanına şər, böhtan atması məsələsinə münasibət bildirərkən deyib.
Partiya sədrinin sözlərinə görə, mollalara ölü yeri lazım olduğu kimi, müxalifətə də hər hansı bir bəhanə lazımdır ki, dərhal ölkəmizin ünvanına qara yaxsın: "Hətta ötən gün Amerika (ABŞ) Konqresinin iclasında ölkəmiz haqqında müəyyən dinləmələr oldu. Ənənəvi müxalifət də bundan yararlanmaq və öz fikirlərini Konqresə çatdırmaqdan ötrü hay-küy salaraq, guya Azərbaycanda demokratiyanın olmadığı, qəzetlərin yayımına imkan verilmədiyi ilə bağlı sərsəm fikirlər səsləndirməyə çalışdırlar. Bunlar Azərbaycan xalqına düşmən olan qüvvələrdir. Hətta bir günün içində nə qədər satqın biraraya gəlib, "Azadlıq" qəzetinin borcunu ödəməyə çalışdı. Axı niyə onlar bu addımı 5 gün bundan qabaq atmadılar? Azərbaycan dövləti tərəfindən bunlara mütəmadi olaraq maliyyə yardımı ayrılsa da, ənənəvi müxalifət yenə də ölkəmizin ünvanına şər, böhtan atmaqla məşğuldur. Hesab edirəm ki, "yağın, balın" içərisində saxlanılan bu insanlar Azərbaycanda saxlanılmamalıdır. Onlar sadəcə olaraq dünyaya göstərmək istəyirlər ki, ölkəmizdə söz haqqı məhdulaşdırılır, Kütləvi İnformasiya Vasitələrinə (KİV) basqılar var və s. Radikal müxalifətin bir hissəsi xaricdə, bir hissəsi isə ölkəmizdə oturaraq xarici dövlətlərə anons verirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB