Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 21-ci ildönümü münasibətilə Şəmkir rayon İcra Hakimiyyəti və YAP Şəmkir rayon təşkilatının birgə təşəbbüsü ilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir Ulu öndər Heydər Əliyevin büstü önünə əklil və tər gül çiçəklərin qoyulması ilə başlayıb.
Əhməd Cavad adına Mədəniyyət evində davam etdirilən tədbirdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və idarə, təşkilat, müəssisə, rəhbərləri, işçiləri iştirak ediblər.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev toplantı iştirakçılarını partiyanın yaranmasının 21 illiyi münasibətilə təbrik edərək biıdirdi ki, dünyada insan üçün azadlıqdan, dövlət üçün müstəqillikdən böyük nemət yoxdur.
"Ulu öndər Heydər Əliyev bir sıra siyasi xadimlərin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirmiş, əməlləri, yaratdıqları ilə ən yeni tariximizin parlaq, işıqlı səhifəsini yaratmışdır" - deyən YAP Şəmkir rayon təşkilatının sədri vurğuladı ki, Ümummilli liderimiz Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliymizin inkişafı, demokratiyanın genişləndirilməsi üçün mümkün olan hər bir işi görüb.
Sonra çıxış üçün söz Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysova verilib. N.Veysov bildirib ki, YAP zamanın tələbi ilə yaranıb.
N.Veysov Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkədə bütün sahələrin yeni inkişaf mərhələsini yaşadığını bildirib.
Digər çıxış edənlər qeyd etdilər ki, Azərbaycanın ictimai-siyasi həyatında çoxşaxəli fəaliyyəti ilə xüsusi yer tutan Yeni Azərbaycan Partiyası 21-ci ildönümünü qeyd edir. Partiya qısa bir zamanda milli birlik, vətəndaşlıq həmrəyliyinə nail olub, Azərbaycanın müstəqil dövlət quruculuğunda mühüm rol oynayıb.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB