“Milli Şura”nın hansısa partiyanı bir araya gətirməsi mümkün deyil”
"Milli Şura" kimi təşkilatın hər hansı bir partiyanı bir araya gətirməsi mümkün deyil". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı radikal müxalifət cəbhəsinin iqtidarda olmayan bütün siyasi partiyaları bir araya gətirəcəyi ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.
N.Orduxanlı vurğulayıb ki, bu məsələnin reallaşdırılması üçün "Milli Şura"nın heç bir perspektivi yoxdur: ""Milli Şura" əvvəlcə özünün hansı statusda olduğunu və bu quruma kimin rəhbərlik etdiyni müəyyənləşdirsin. Müsavatçılar açıq şəkildə Rüstəm İbrahimbəyovu qurumdan qovurlar, mətbuatda açıq şəkildə onun sədrlikdən uzaqlaşdırılmasını səsləndirirlər. Rüstəm İbrahimbəyov isə bu qurumun sədrliyindən getmək niyyətində deyil. Ümumən onlar arasında vəziyət qarşılıqlı ittihamlar formasındadır. Faktiki olaraq bu qurum ölü vəziyətindədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB