İran səfiri: “Bu gün səhərdən Culfa sərhəd-keçid məntəqəsi açılıb”

İran səfiri: “Bu gün səhərdən Culfa sərhəd-keçid məntəqəsi açılıb”

Bu gündən etibarən İranla Azərbaycan arasında bağlanan bütün sərhəd-keçid məntəqələri açılıb. Bu barədə SİA-ya açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayın deyib.

Səfirin sözlərinə görə, dünəndən Biləsuvar keçid məntəqələri sərnişin və yük avtomobilləri üçün açılıb, bu gün isə Culfa sərhəd-keçid məntəqəsində sərnişin və yük avtomobillərinin gediş-gəlişi bərpa edilib.

Səfir vurğulayıb ki, bu gündən İrana yola düşən vətəndaşlar üçün heç bir problem olmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə