Politoloq: “Beş rayonun azad edilməsi məsələsi yenilənmiş Madrid Prinsiplərinə də uyğundur” MÜNASİBƏT
"Beş rayonun işğaldan azad edilməsi məsələsi yenilənmiş Madrid Prinsiplərinə də uyğundur". Bu sözləri SİA-ya politoloq Elşad Mirbəşiroğlu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Azərbaycanın 5 rayonun qaytarılacağı təqdirdə Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, əgər Ermənistan bu məsələyə razılıq verərsə, o zaman növbəti mərhələdə digər məqamlarla bağlı razılığın əldə olunması ehtimalları arta bilər: "Türkiyənin torpaqlarımızın işğaldan azad olunacağı təqdirdə sərhədlərin açılacağı məsələsini gündəmə gətirməsini Azərbaycanın mövqelərini dəsətəkləməyə bərabər hesab etmək olar. Çünki münaqişənin tənzimlənməsi istiqamətində bu günə kimi Türkiyə tərəfindən doğru bir addım atılmayıb. Əgər Ermənistan həqiqətən də Türkiyə ilə münasibətlərini normallaşdırmaq istəyirsə o zaman Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. İşğal faktı ortadan qalxmadığı bir məqamda Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasından söhbət gedə bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB