Sona Vəliyeva: “Bu istiqamətində əlimdən gələni edəcəyəm" EKSKLÜZİV

"Mənə göstərilən etimada görə ilk növbədə cənab Prezidentə minnətdarlığımı bildirirəm”
Sona Vəliyeva: “Bu istiqamətində əlimdən gələni edəcəyəm" EKSKLÜZİV

"Hesab edirəm ki, bundan sonra da televiziya kanallarımızın düzgün fəaliyyət göstərməsi üçün əlimdən gələni əsirgəməyəcəm". Bu sözləri SİA-ya Kaspi Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyeva Milli Televiziya və Radio Şurasının üzvü təyin edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamı ilə bağlı fikirilərini bildirərkən deyib.

Ona göstərilən etimada görə ölkə başçısına təşəkkürünü bildirən S.Vəliyeva vurğulayıb ki, o bu sahəyə gəldiyi gündən milli-mənəvi dəyərlərin qorunması ilə daha çox məşğul olub və bu sahə üzrə fəaliyyəti ilə yadda qalıb: "Mənə göstərilən etimada görə ilk növbədə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Yenidən 6 il müddətinə Milli Televizya və Radio Şurasının üzvü təyin edilmişəm. Ölkə başçısı ikinci dəfədir ki, məni buna layiq görüb. Baxmayaraq ki, mən bu sahəyə gəldiyim gündən milli mənəvi dəyərlərin qorunması istiqamətində fəaliyyətimlə yadda qalmışam bundan sonra da televiziyalarımızın doğru fəaliyyət göstərməsi istiqamətində əlimdən gələni edəcəyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə