Politoloq: “Prezidentlərin görüşündə 5 rayon qaytarıla bilər” AÇIQLAMA

Politoloq: “Prezidentlərin görüşündə 5 rayon qaytarıla bilər” AÇIQLAMA

"Azərbaycan və Ermənistan prezidentləri arasında noyabrın 19-da Vyanada və ya Surix şəhərində baş tutacaq növbəti görüşdə hansısa irəliləyişlərə nail olmaq mümkündür". Bunu SİA-ya Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli deyib.

"2012-ci ilin yanvar ayından yəni, Soçi görüşündən sonra dövlətlər səviyyəsində belə bir görüş keçirilməyib: "Bu mənada hesab edirəm ki, noyabrın 19-da reallaşdırılacaq bu görüşə böyük ümid var. Hətta Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda qeyd edib ki, münaqişənin həlli ilə bağlı tarixi fürsət yaranıb. Təbii ki, bu tarixi fürsət ifadəsi özündə müəyyən məqamları ehtiva edir. Bu görüş çərçivəsində 5 rayonun qaytarılması ilə bağlı irəliləyiş ola bilər. Azərbaycan Prezidenti cənab İlham Əliyev danışıqlar naminə danışıqlara getmədiyimizi dəfələrlə qeyd edib. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, əgər dövlət başçısı danışıqlara növbəti dəfə gedirsə, deməli müəyyən pozitiv tendensiyalar var".

Bütün xəbərlər Facebook səhifəmizdə