Aydın Hüseynov: “Bu, Türkiyənin özü üçün böyük dəstək deməkdir” AÇIQLAMA
"Türkiyə Azərbaycana ən yaxın olan dövlətdir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, hakim partiyanın Qaradağ rayon təşkilatının sədri, iqtisadçı Aydın Hüseynov Prezident İlham Əliyevin Türkiyə səfəri çərçivəsində iki dövlət arasında müxtəlif sahələrdə imzalanan müqavilələrə münasibət bildirərkən deyib.
YAP Siyasi Şurası üzvünün sözlərinə görə, Türkiyə zaman-zaman bizə bir qardaş dövlət olaraq, öz əqidəsini nümayiş etdirdiyi kimi, Azərbaycan da bu gün Türkiyə dövləti üçün xüsusi önəm daşıyır: "Bu gün Azərbaycan nə qədər qüvvətli, qüdrətli olsa və inkişaf etsə, bu Türkiyənin özü üçün böyük dəstək deməkdir. Bu mənada qardaş ölkə üçün də artıq maraqlıdır ki, Azərbaycan getdikcə daha da qüdrətli güc mərkəzinə çevrilsin. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin Türkiyə səfərində bu əməkdaşlıq yeni mərhələyə (daha geniş, mütərəqqi, çoxşaxəli və s.) addım atdı. Bu mənada hesab edirəm ki, Prezident İlham Əliyevin Türkiyəyə səfəri və orada keçirilən görüşlər, imzalanan müqavilələr həm ölkəmiz, həm qardaş dövlət, həm də beynəlxalq ictimaiyyət üçün xüsusi önəm kəsb edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB