Əli Əhmədov: "Azərbaycan islam ölkələrinə nümunə olmağa layiqdir" AÇIQLAMA
"Azərbaycanla İSESCO arasında bir çox maraqlı layihələr həyata keçirilib. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu təşkilatla yaxından, bir çox layihələrdə təşəbbüskar kimi çıxış etməsi, bütövlükdə təşkilatın fəaliyyətinə əhəmiyyətli dinamika verir". SİA-nın məlumatına görə, bu sözləri Baş nazirin müavini Əli Əhmədov ölkəmizdə keçirilən İslam ölkələrində uşaqlar və uşaq problemləri məsələsinə həsr edilən IV konfranda jurnalistlərə açıqlamasında deyib.
Ə.Əhmədov bildirib ki, islam mədəniyyətində uşağa böyük diqqət və qayğı var: "Azərbaycan həm islam mədəniyyətindən irəli gələn ənənəyə uyğun olaraq, həm də ölkənin qanunvericiliyindən irəki gələn tələblərə uyğun şəkildə uşaqlara böyük diqqət və qayğı göstərir. Hesab edirəm ki, bu sahədə Azərbaycanda həyata keçirilənlər bütövlükdə islam dünyası üçün örnək olmağa layiqdir. Urbanizasiya bu sahədə bir çox problemlər meydana gətirir. Həmin problemlərin çözülməsi, onların gələcəkdə aradan qaldırılması istiqamətində müvafiq proqramın hazırlanmasına ehtiyac var. Xüsusilə də islam ölkələrində urbanizasiya, uşaqların hüquqlarının qorunması ilə əlaqədar ciddi problemlər yaşanmaqdadır. Bakıda keçirilən məsul nazirlərin IV konfransında müzakirə olunan həmin məsələlər bütövlükdə islam ölkələrində uşaq problemlərin həll olunmasında, hüquqlarının qorunmasıda öz töhfəsini verəcək. Azərbaycanın nümunəsi və bu istiqamətdə həyata keçirilən işlərin yaxından öyrənilməsi islam düyasında uşaq hüquqlarının qorunması istiqamətində addımların atılması zamanı model kimi götürülə bilər. Prezident İlham Əliyevin təşəbbüsü, müəyyənləşdiriyi siyasətin həyata keçirilməsi sahəsində Azərbaycanda uşaq hüquqlarının qorunması istiqamətində çox mühüm, ciddi, əhəmiyyətli addımlar atılmaqdadır. İSESCO-nun həmin məsələyə həsr olunan IV konfransının Bakıda keçirilməsi heç də təsadüfü deyil. Azərbaycanın nümunəsinin öyrənilməsi və müvafiq ölkələrdə tətbiq edilməsi konfransın qarşısında duran vacib məsələlərdən biridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB