Tahir Kərimli: “Bu insan iqtidarı günahlandırmaqdan əl çəkmir” AÇIQLAMA

Tahir Kərimli: “Bu insan iqtidarı günahlandırmaqdan əl çəkmir” AÇIQLAMA

"Müsavat Partiyasının başqanı İsa Qəmbərin partiyadan istefa verməsi ilə bağlı yayılan məlumatlar artıq müxalifətin dağılmasından, parçalanmasından xəbər verir. Əsas odur ki, müxalifət 9 oktyabr həlledici seçkilərdə məğlubiyyətə məruz qaldı". Bunu SİA-ya Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

Partiya sədri hesab edir ki, müxalifətin sarsıntı hissi keçirməsi təbii haldır: "Radikal müxalifət hələ də öz məğlubiyyəti ilə barışa bilmir. Hazırda əksər partiyalarda aşınma prosesi davam edir. Hətta İsa Qəmbərin öz vəzifəsindən istefa verib-verməməsindən asılı olmayaraq, Müsavat Partiyası və müxalifət zəifləməkdə davam edir. Bu insan bəzi məqamlarda iqtidarı günahlandırmaqdan əl çəkmir. Əgər o, nizamnaməni pozub yenidən başqan olmağa qərar versə, yenidən ona qarşı ittihamlar olacaq. Partiyada olan insanlar sadəcə bir fürsət gözləyirlər ki, oradan tez bir zamanda uzaqlaşsınlar. Bu mənada hesab edirəm ki, Müsavat Partiyasında hər hansı bir qərar qəbul olunsa belə, həmin partiya uçuruma düçar olacaq. Bir sözlə, müxalifətin məğlubiyyəti qaçılmazdır".

Bütün xəbərlər Facebook səhifəmizdə