Müsəlman Qardaşları təşkilatının üzvü: “Ermənistan işğalçı mövqeyindən əl çəkməlidir”
"Azərbaycan dünyada və islam aləmində yüksək nüfuza malik olan ölkələrdəndir. Xüsusən tolerantlıq baxımından Azərbaycan dünyada həsəd aparılacaq ölkələr arasındadır". SİA-nın məlumatına görə, bunu Küveyt "Müsəlman qardaşları"nın Məclis Şurasının üzvü Tariq Məhəmməd Əl-Suvaidan deyib.
O bildirib ki, Küveytlə Azərbaycanı birləşdirən bir sıra ortaq cəhətlər var: "Hər iki ölkə neftlə zəngindir. Azərbaycan və Küveyt bu sahədə yüksək səviyyədə əmkədaşlıq edirlər. İnanıram ki, bu əməkdaşlıq bundan sonra da davam edəcək. Bir çox hallarda Azərbaycanla Küveyt islam aləmində eyni mövqedən çıxış edirlər. Azərbaycan islamda terrora qarşı mübarizədə fəaldır. Biz də bu mövqeni bölüşürük".
Tariq Məhəmməd Əl-Suvaidan vurğulayıb ki, Azərbaycanın işğal olunmuş torpaqları tezliklə azad olunmalıdır: "Ermənistan dekonstruktiv mövqeyindən əl çəkməli, Azərbaycan isə haqlı mövqeyindən heç bir zaman əl çəkməməlidir. Azərbaycan öz torpaqlarını istənilən yolla azad edə bilər. Ancaq münaqişənin danışıqlar yolu ilə həlli daha məqsədə uyğundur. Əgər danışıqlar prosesi nəticə verməsə, Azərbaycan torpaqlarını hər bir yolla azad edə bilər və bu, onun haqqıdır".
O, ərəb ölkələrində baş verən dəyişikliklərdən də danışıb: "Bu hadisələrin səbəbini xaricdə yox, məhz daxildə axtarmaq lazımdır. Çünki diktator rejimlər tərəfindən əzilən xalq kütləsi bu zülmə qarşı çıxıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB