“Ölkə başçısı Azərbaycanın inkişafı ilə bağlı düzgün siyasət aparır” AÇIQLAMA
"III Bakı Beynəlxalq Humanitar Forumu çox mühüm tədbirdir. Forum vasitəsilə xarici ölkə nümayəndələri arasında fikir mübadiləsi aparılır, tanışlıqlar yaradılır". Bu sözləri SİA-ya ukraynalı tarixçi alim Oleq Romanoviç Kupçik Forum haqqında fikirlərini bölüşərkən deyib. O bildirib ki, Forum insanlar və ölkələr arasında sıx əməkdaşlıq qurmağa yardım edir: "Tarixçi olduğum üçün burada Azərbaycan Ukrayna arasında siyasi əlaqələr haqqında məruzə ilə çıxış etdim. 2 ildən artıq müddətdir ki, mən bu işlə məşğul oluram və bu mövzuda kitab da nəşr etdirmişəm. Kitabda Ukrayna- Azərbaycan arasında ilk siyasi əlaqələrdən tutmuş, bu günə qədər olan tarix həmin kitabda öz əksini tapıb. Mən artıq ikinci dəfədir ki, Azərbaycandayam. Birinci dəfə ölkənizə bu ilin fevral ayında "Xocalı soyqırımı" ilə bağlı tədbirdə iştirak etmək üçün gəlmişdim".
Azərbaycan haqqında təəssüratlarını bölüşən Oleq Romanoviç Kupçik bildirib ki, istər şəhəriniz, istərsə də əhaliniz haqqında yalnız xoş sözlər deyə bilərəm: "Ötən gün şəhərinizi gəzmişəm və onun gözəlliyini təsvir etmək mümkün deyil. Bir sözlə, Bakı çox müasir Avropa şəhəridir. Əhali çox diqqətli və qonaqpərvərdir. İnsanlar xaricdən gələn qonaqlara mehribanlıqla yanaşır və onlara yardım etməyə çalışırlar. Ölkənizin dünyada və Avropada tutduğu yerə baxdıqda demək olur ki, ölkə başçınız Azərbaycanın inkişafı ilə bağlı düzgün siyasət aparır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB