"Forumda bir çox ciddi məsələlər müzakirə olunub" FOTO

"Forumda bir çox ciddi məsələlər müzakirə olunub" FOTO

"Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir". Bu fikirləri SİA-ya açıqlamasında Ukrayna Milli Elmlər Akademiyasının Dünya Tarix İnstitutunun elmi katibi Viktoriya Soloşenko Bakıda keçirilən Forumun əhəmiyyətindən danışarkən deyib.

Onun sözlərinə görə, tədbirdə dünya alimlərinin bir-birləri ilə fikir mübadiləsi aparmaq üçün lazım olan bütün şərait yaradılıb: "Forumda, həmçinin bir çox ciddi məsələlər də müzakirə olunur. İki gündür davam edən forumda vacib problemlərin həlli üçün lazım olan addımların atılması və düzgün qərarların qəbul edilməsi istiqamətində fikir mübadilələri aparılıb. İnanıram ki, bu danışıqlar müəyyən problemlərin tezliklə həll olunmasına öz töhfəsini vermiş olacaq. Bir daha belə əhəmiyyətli tədbiri təşkil edən ölkə başçınız İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə