Bu gün III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Multikulturalizm və özgünlük : cəmiyyətdə dəyər konsensusu axtarışında" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, dəyirmi masanın rəhbərləri Avropa Parlamentinin üzvü (Belçika) Silvana Kox-Mehrin, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir Mixail Şvıdkoy, Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdulla olub.
İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri çıxışı zamanı qeyd edib ki, bugünkü dünyada qeyri-multikulturalizm qəbul edilən məfhum deyil: "Çünki dünyada müxtəlif mədəniyyətlər, dinlər mövcuddur. Super dövlət olan ABŞ da etnik qruplardan ibarətdir. Təsəvvür edin ki, 7 milyondan artıq insanlar müxtəlif etnik kökə malik ölkələrdən gəlirlər. Multikulturalizm bugünkü həyatımızın reallığıdır. Tolerantlıq sözündən heç xoşum gəlmir. Kimisə hansı millətdən olmasına görə qəbul etməliyəm? Ona görə də biz düşünür ki, dünyada qan tökülməsi dayandırılmalıdır. Haqlı olan yerdə isə fikirlər dəyişir. Çünki bu dəyişməz dəyər olaraq qalır. Çalışmalıyıq ki, dünyada sülh və sabitliyi təmin edək. Bu gün dünyada çoxlu sayda məcburi köçkün və qaçqınlar var".
İSESCO-nun baş direktoru onu da qeyd edib ki, multikulturalizmin müsbət tərəfləri təşviq edilməlidir: "Multikulturalizm Azərbaycanda həyat tərzidir. 21-ci əsrdə multikulturalizmə alternativ yoxdur. Biz ksenofobiya, islamofobiya kimi xoşagəlməz məsələlərə birmənalı yanaşa bilmərik. Biz bəzən başqa fikirlər eşidirik ki, multikulturalizmin gələcəyi yoxdur. Hesab edirəm ki, biz bu məsələdə dünyaya müsbət təcrübə göstərməliyik. Azərbaycanda bu sahədə toplanmış təcrübə müsbət təcrübədir. Humanitar forumun Bakıda keçirilməsi, hesab edirəm ki, bu müsbət təcrübənin nəticəsidir".
Müzakirələrdə Azərbaycan, Rusiya, ABŞ, Ukrayna, İtaliya, Kanada, Bolqarıstan və Hindistandan olan alimlərin çıxışları nərədə tutulub. Natiqlər multikulturalizm, cəmiyyətdə inteqrasiya, özünəməxsusluq, milli-mədəni identiklik və mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunacaq.
Dəyirmi masanın yekununda yekun Bəyannamənin qəbul olunması planlaşdırılıb.
Qeyd edək ki, hazırda dəyirmi masa davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB