Vüqar Səfərli: "Qəzetlərin 70-80 faizi bir-birindən köçürməklə məşğuldur"
"Azərbaycanda qəzetlərin sayı durmadan artır. Hazırda ölkədə 300-ə yaxın mətbu orqan dərc olunur. Biz hər dəfə jurnalistlər üçün kriteriyalara uyğun müsabiqələr təşkil edərkən 300-ə yaxın qəzetdən (dövlət qəzetləri istisna olmaqla) 30-a yaxın mətbu orqan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) yazı təqdim edirlər. SİA-nın məlumatına görə, bunu bu gün KİVDF-nin İcraçı direktoru Vüqar Səfərli deyib.
"Qəzetlərin 70-80 faizi bir-birindən köçürməklə məşğuldur. Bizim mətbu orqanlarına verdiyimiz maliyyə vəsaiti onların ancaq əməkhaqqlarını təmin edir. Bu qəzetlərin hər biri müxtəlif yolla dərc olunur. İlin sonunda Müşahidə Şurası bu məsələlərə baxacaq. Sonra isə onların bəziləri seçilərək normal maliyyə vəsaiti ilə təmin olunacaqlar. İldə üç dəfə KİVDF jurnalistlər üçün müsabiqə elan edir. Həmin müsabiqələr 15 istiqamət üzrə müəyyənləşdirilir. Hətta bura həvəsləndrici mükafatlar belə əlavə edilib" - deyə, İcraçı direktor sözlərinə əlavə edib.
Vüqar Səfərli əlavə edib ki, bu yay cənab Prezident İlham Əliyevin göstərişi ilə 156 jurnalist yeni mənzillərlə təmil olunub: "2015-ci ildə isə 255 jurnalistə yeni mənzil veriləcək. Bütün bunların fonunda biz jurnalistlərin əməkhaqqlarını da nəzərdən keçirməliyik. Çalışmalıyıq ki, onların maliyyəsi normal vəziyyətdə olsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB