Prezident İlham Əliyev: “Əfsuslar olsun ki, beynəlxalq təşkilatların qərarları icra edilmir”

Prezident İlham Əliyev: “Əfsuslar olsun ki, beynəlxalq təşkilatların qərarları icra edilmir”

Bu gün Azərbaycan paytaxtında III Bakı Beynəlxalq Humanitar Forumu başlayıb. SİA-nın məlumatına görə, forumda Azərbaycan prezidenti İlham Əliyev, dövlət və hökumət nümayəndələri, deputatlar, 100-dən çox ölkədən rəsmi şəxslər, tanınmış elm, mədəniyyət xadimləri, Nobel mükafatı laureatları iştirak edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev III Bakı Beynəlxalq Humanitar Forumunda çıxışında deyib ki, beynəlxalq səviyyədə tanınmış ərazilərimiz uzun illərdir, ermənilərin işğalı altındadır: "Azərbaycan humanitar fəlakətlə üzləşib. İşğal edilmiş ərazilərdə bütün mədəni sərvətlərimiz, tarixi və milli abidələrimiz dağıdılıb. Bir milyondan çox qaçqın və məcburi köçkün doğma torpağına qayıtmalıdır. Bu, çox böyük humanitar fəlakətdir və ölkəmizin ümumi inkişafına böyük zərbə vurur".

Prezident ATƏT-in fəaliyyətinə də toxunaraq bildirib ki, əfsuslar olsun ki, beynəlxalq təşkilatların qərarları icra edilmir: "Bu dözülməz faktdır. Bəzi hallarda beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələr saatlar içində icra olunur, bizə gələndə, 20 artıqdır, uzanır. Bir milyondan çox qaçqın və məcburi köçkün öz doğma yurduna, doğma torpağına qayıtmalıdır".

Qeyd edək ki, Forum çərçivəsində 8 istiqamət üzrə dəyirmi masalar təşkil olunacaq: "Texnologiyaların konvergensiyası və gələcəyin konturları", "XXI əsrin əsas çağırışları", "İqtisadi inkişafın humanitar aspektləri", "Elmi innovasiyalar və onların təhsil mühitinə transferi", "Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında", "Postmodern dövrdə milli özünüdərk", "Davamlı inkişaf və ekoloji sivilizasiya", "Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə", "Qloballaşan informasiya məkanında medianın aktual məsələləri".

İki gün davam edəcək tədbir çərçivəsində qloballaşan dünyanın reallıqları nəzərə alınmaqla XXI əsrin perspektivləri və çağırışları, aktual humanitar problemləri müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə