Mübariz Əhmədoğlu: “Avropa Parlamentinin qəbul etdiyi qərar ölkəmizə qarşı yönələn təzyiqləri neytrallaşdıracaq”
"Avropa parlamentarilərinin Ermənistan əleyhinə söz deməsi Azərbaycanın xeyrinədir". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Avropa Parlamentinin Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin qətnamələri əsasında həllinin vacibliyinə dair qəbul etdiyi sənədin əhəmiyyətliliyini şərh edərkən deyib.
Politoloq bildirib ki, ermənilər uzun illərdir Avropada olmalarına baxmayaraq, ancaq özlərini tərifləyiblər və bunun nəticəsində elə qruplar var ki, erməniləri özlərindən artıq hesab edirlər: "Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində elə də böyük dəyişiklik əldə edə bilməməsinin səbəbi ermənilərin Avropada və Qərbdə yüz illər boyu özlərinin xeyrinə təbliğat aparmasıdır. Amma Ulu Öndər Heydər Əliyevin siyasi kursu və hazırki Prezident İlham Əliyevin siyasi xətti elə bir vəziyyət yaradıb ki, Avropa və Qərbin əksər dairələri erməniləri tanıyır. Ancaq hələ də ermənilərin lehinə aktiv fəaliyyət göstərən qruplar var. Buna baxmayaraq, Avropa Parlamenti Azərbaycanın lehinə qərar qəbul edirsə, bu ermənilərə ölüdeürücü təsir edir".
Politoloq vurğulayıb ki, ermənilər əleyhinə verilən belə qərarlar onların müqavimət göstərmək imkanlarını tükədib: "İlbəil belə qərarların qəbulu çox faydalıdır. Ancaq bu ilki qərar ermənilər üçün öldürücü təsir yaradıb və Azərbaycan üçün daha effektivdir".
M.Əhmədoğlu əlavə edib ki, Azərbaycanın belə diplomatik uğurlarına qarşı qısqanclıqla yanaşan qüvvələr var: "Bu gün Prezident İlham Əliyevin müstəqil siyasəti bir çox dairələr tərəfindən qısqanclıqla qarşılanır. Suriya, İran və digər məsələlərdə Azərbaycan öz maraqlarına xidmət edən siyasət yürüdür. Buna görə də həmin dairələr çalışırlar ki, Azərbaycan müstəqil siyasət aparmaq qüdrətində olmasın. Bundan başqa ölkə prezidentinin Ermənistana qarşı mövqeyinin sərtliyi də həmin dairələrdə narahatlıq yaradır. Ancaq bütün bu təzyiqlərə baxmayraq Azərbaycan müstəqil, dövlət və milli maraqlara xidmət edən siyasət yürüdür".
Mərkəz direktoru vurğulayıb ki, Avropa Parlamentinin qəbul etdiyi bu qərarla prezident seçkilərindən sonra ölkə başçısı İlham Əliyevə qarşı yönələn təzyiqləri neytrallaşdırmaq üçün istifadə edilməlidir: "Çünki bu gün Ermənistanın Avropanı aldatması ona qarşı böyük narazılıq yaradıb. Buna görə də parlamentarilərin bir çoxu Ermənistanın apardığı siyasətdən narazıdır. Eyni zamanda bəzi parlamentarilər Azərbaycan xeyrinə çıxışlar edirlər. Ermənistan prezidentinin Rusiya dövlət başçısı Vladimir Putinin əmri ilə Avropanın Şərq Tərəfdaşlıq Proqramından imtina etməsi qüvvələr nisbətini dəyişib. Azərbaycan bundan istifadə edərək Ermənistan əleyhinə olan qrupları daha da gücləndirməlidir. Bu baxımdan Avropa Parlamentinin qəbul etdiyi sənəd müstəsna əhəmiyyətə malikdir. Xüsusən də prezident seçkilərindən sonra qəbul olunması onun əhəmiyyətliliyini daha da artırır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB