Türkiyə və Azərbaycan amili Avropanın əsas enerji təchizatçısına çevrilir
Türkiyədə fəaliyyət göstərən Xəzər Strateji Araşdırmalar İnstitutunun eksperti Seval Adıyaman Anadolu agentliyinə müsahibəsində Türkiyə və Azərbaycanın Avropa üçün əsas enerji təchizatçısına çevrildiyini söyləyib.
Ekspertin sözlərinə görə, müstəqil siyasət aparan və enerji ehtiyatlarını milli maraqlarına uyğun olaraq istifadə edirik iqtisadiyyatını getdikcə gücləndirən Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir. "Cənub" qaz dəhlizi, "Şah dəniz-2" yatağı və İraqın şimalından gələcək təbii qaz üçün ən əlverişli marşrut isə Türkiyədir.
S.Adıyaman onu da vurğulayıb ki, "Cənub" qaz dəhlizi təkcə enerji deyil, həm də siyasi inteqrasiya layihəsidir. Bu marşrut ilə Rusiya-Almaniya qaz marşrutu ilə yanaşı, Azərbaycan-Türkiyə dəhlizi də mühüm olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB