Mişel Vuazen: “Azərbaycanda seçkilər azad, şəffaf və ədalətli keçirilib” MÖVQE

Mişel Vuazen: “Azərbaycanda seçkilər azad, şəffaf və ədalətli keçirilib” MÖVQE

ATƏT-in qısamüddətli missiyasının rəhbəri bəyanat yayıb: "Hesab edirəm ki, AŞPA və Avropa Parlamentinin, eyni zamanda ATƏT-in qısamüddətli missiyasının müşahidəçilərinin qeyd etdikləri pozitiv aspektlər DTİHB-nin hesabatında əksini tapmayıb"

"Bütün baş verən polemika və detallı problemlərə baxmayaraq, seçkinin nəticələri təkzibedilməz bir qalibin olduğunu göstərir. Bunu "exit-poll"arın da əksəriyyəti təsdiq edib". Bunu ATƏT-in qısamüddətli missiyasının rəhbəri Mişel Vuazen bu gün yaydığı xüsusi bəyanatında bildirib.

M.Vuazen qeyd edib ki, xüsusi ixtisaslaşmış müşahidə missiyalarının rəyi də seçki kampaniyasının demokratiya istiqamətində irəliləyiş olduğuna şübhə doğurmadığını göstərir: "Bu, istər namizədlərin sayı, istər onlara televiziya debatlarında bərabər təşviqat kampaniyasında iştirak imkanı yaratmaq, istər nəzərəçarpacaq dərəcədə seçici fəallığı (72 faiz), istərsə də seçkilərin yaxşı təşkil edilməsi və MSK-nın şəffaf fəaliyyətində özünü göstərib".

İndiyə qədər Azərbaycanda dörd seçkidə müşahidəçi kimi iştirak etdiyini deyən M. Vuazen bu seçki prosesində Avropa Şurası və ATƏT-in standartlarına yaxınlaşma istiqamətində əhəmiyyətli irəliləyişə imza atıldığını vurğulayıb: "Hesab edirəm ki, seçkilər azad, şəffaf və ədalətli keçirilib. Mən seçkilərlə bağlı Avropa Şurası Parlament Assambleyasının və Avropa Parlamentinin rəyinə tamamilə qatılıram".

M. Vuazen bu qənaətinin ATƏT/DTİHB-nin hesabatında əksini tapmadığını deyib: "Hesab edirəm ki, ATƏT/DTİHB-nin hesabatında AŞ PA və Avropa Parlamentinin, eyni zamanda ATƏT-in qısa müddətli missiyasının müşahidəçilərinin qeyd etdikləri pozitiv aspektlər əksini tapmayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə