İlham Əliyev Pakistan Senatının nümayəndə heyətini qəbul edib FOTO

İlham Əliyev Pakistan Senatının nümayəndə heyətini qəbul edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Pakistan İslam Respublikası Senatının sədr müavini Sabir Əli Bəlucun başçılıq etdiyi Pakistan Senatı və Milli Assambleyası üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, Pakistan İslam Respublikası Senatının sədr müavini Sabir Əli Bəluc başçılıq etdiyi nümayəndə heyəti adından dövlət başçısını Prezident seçkilərində əldə etdiyi inamlı qələbə münasibətilə təbrik edib.

Ölkəmizdə seçkilərin azad, demokratik və şəffaf şəraitdə keçirildiyinin şahidi olduqlarını deyən pakistanlı qonaq Azərbaycanda mövcud olan sabitlik və əmin-amanlığı yüksək qiymətləndirib. Sabir Əli Bəluc ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini bir daha vurğulayıb.

Dövlət başçısı Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında dostluq və qardaşlıq əlaqələrinin uğurlu inkişafından məmnunluğunu bildirib. Pakistanın Azərbaycanın yaxın müttəfiqlərindən biri olduğunu vurğulayan dövlət başçısı ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin qarşıdakı illərdə də inkişaf edəcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev ölkələrimizin bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləmələrinin önəmini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə