Tumbarello Roberto: "Seçicilər ölkə prezidentini seçməkdə maraqlıdır"

Tumbarello Roberto: "Seçicilər ölkə prezidentini seçməkdə maraqlıdır"

33 saylı Xətai I Dairə Seçki Komissiyasının 12 saylı seçki məntəqəsində səsvermə davam edir. SİA-nın xəbərinə görə, Azərbaycanda keçirilən prezident seçkilərini müşahidəçi qismində izləyən Avropa Şurasının üzvü Tumbarello Roberto olduğu seçki məntəqələrində neqativ hallarla rastlaşmadığını deyib. O bildirib ki, Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil olunan seçki prosesinin demokratik və şəffaf keçirilməsi üçün lazımi bütün şərait yaradılıb: "Komissiya tərəfindən hər bir kiçik detal belə düşünülüb. Azərbaycanda seçkilərin şəffaflığı bəzi Avropa ölkələrində keçirilən seçki prosesindən daha üstündür. Ölkənizdə seçki ab-havası var və bu seçicilərin aktivliyinin, seçkiyə olan maraqlarının göstəricisidir".

Bütün xəbərlər Facebook səhifəmizdə