Yasamal gəncləri 50000 buklet payladılar

Yasamal gəncləri 50000 buklet payladılar

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının Gənclər Birliyinin (GB) 20-dən çox üzvü 9 oktyabrda ölkəmizdə keçiriləcək prezident seçkiləri ərəfəsində YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərə üzərində YAP-ın loqosu olan köynəklər və papaqlar, həmçinin hakim partiyanın və Azərbaycan Respublikasının rəmzi bayraqları, bukletlər paylayıblar. SİA-nın xəbərinə görə, bukletlerin paylanmas 20 yanvar, İnşaatçılar, Elmlər Akademiyası və Nizami metro stansiyalarının qarşısında və ətraf ərazidə paylanılıb.

YAP Yasamal rayon təşkilatı GB-nin sədr müavini Elməddin Əmirov bildirb ki, oktyabrın 1-dən başlayaraq YAP Yasamal rayonunun gəncləri 50000 buklet paylayıblar.

Qeyd edək ki, bukletlərdə Prezident İlham Əliyevin son 10 il ərzində ölkədə gördüyü işlər, müxtəlif sahələrdə qazanılan nailiyyətlər, həyata keçirilən sosial, iqtisadi layihələr, beynəlxalq uğurlar və gələcəkdə görüləcək işlər öz əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə