Qaradağda möhtəşəm təbliğat-təşviqat kampaniyası davam edir FOTOLAR
Rayonun Ümid qəsəbəsində seçicilərlə görüş keçirilib
Yeni Azərbaycan Partiyası tərəfindən prezident seçkilərində namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Qaradağ rayonu üzrə Seçki Qərargahının təşkilatçılığı ilə qaradağlı seçicilərlə növbəti görüş keçirilib. Qaradağ rayonunun Ümid qəsəbəsində seçicilərlə keçirilən görüşdə çıxış edən YAP Qaradağ rayonu Seçki Qərargahının üzvü Mikayıl Zeynalov сənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan həm yerləşdiyi coğrafiyada, həm də onun hüdudlarından kənarda böyük nüfuz və mövqe qazandığını söyləyib.
M.Zeynalov daha sonra ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlardan bəhs edib. Vurğulayıb ki, ölkəmizdə insanların sosial təmanatlarının qarşılanması dövlətin əsas prioritetlərindəndir. Məhz bu istiqamətə yönələn addımlar insanların yaşayış səviyyəsini əhəmiyyətli dərəcədə dəyişməsinə təkan yaradıb, deyən qərargah üzvü bütün bunların cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində mümkün olduğunu vurğulayıb. O qarşıdan gələn 9 oktyabr prezident seçkilərində də xalqımızın Cənab İlham Əliyevə böyük dəstək olacağını vurğulayaraq Qaradağ rayon ictimaiyyətinin seçkidə həmişə olduğu kimi bu dəfə də aktivlik nümayiş etdirəcəyinə əminliyini ifadə edib. M.Zeynalov 9 oktyabrda Ümid qəsəbəsinin sakinlərini seçki məntəqələrinə gələrək cənab İlham Əliyevə səs verməyə çağırıb.
YAP Qaradağ rayonu Seçki Qərargahının üzvü Bəhruz Qəndilov da Ümid qəsəbəsinin sakinlərini salamlayaraq onları qarşıdan gələn 9 oktyabr prezident seçkilərində aktiv olmağa çağırıb. B.Qəndilov Ümummilli Lider Heydər Əliyev zəngin siyasi kursunun ən layiqli davamçısı, praqmatik siyasəti ilə xalqın inam və etimadını qazanmış İlham Əliyevin ölkəmizdə alternativsiz lider olduğunu bir daha vurğulayıb. Xalqımızın öz liderinə olan sədaqətinin qarşıdan gələn seçkilərdə də açıq ifadəsinin şahidi olacağımıza tam əmin olduğunu söyləyən B.Qəndilov qaradağlıların hər zaman dövlətə və dövlətçiliyə sadiq olduğunu bunu açıq nümunəsinin cənab İlham Əliyevə böyük dəstək nümayiş etdirərək prezident seçkilərində aktiv iştirakları ilə sübüt edəcəklərini söyləyib. O Ümid qəsəbə sakinlərini prezident seçkilərində Ümummilli Lider Heydər Əliyev siyasi kursuna səs verməyə səsləyib.
Qaradağ rayonu Ümid qəsəbəsi sakinləri adından çıxış edən Coşqun Nəcəfov onlaraın prezident seçkilərində yeganə seçimlərinin xalqımızın Ümummilli Lideri Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı olan Cənab İlham Əliyev olacağına əminliyini söyləyib.
Qaradağ rayonu Ümid qəsəbəsinin sakini İsmayıl Ağayev də onlara hər zaman diqqət və qayğı ilə yanaşan dövlətimizi günü-gündən gücləndirən cənab İlham Əliyevə səs verəcəklərini bildirib.
Qaradağ rayonu Ümid qəsəbəsi sakini Gülxar Allahverdiyeva da çıxışında onların yeganə seçimlərinin cənab Prezident İlham Əliyev olduğunu və Ona alternativ görmədiklərini vurğulayıb.
Qaradağ rayon Ümid qəsəbəsinin sakini Camal Hüseynov da bir gənc olaraq ölkəmizin güclənməsinin onlar üçün qurur verici bir hiss olduğunu söyləyib. Bildirib ki, dəvlətimiz hər zaman gənclərə xüsusi diqqət və qayğı ilə yanaşıb. Məhz cənab Prezidentimiz İlham Əliyev gənclərə hər zaman dəstək olub. Ona görə də bir gənc kimi seçkidə Cənab Prezident İlham Əliyevə səs verəcəyini bildirən C.Hüseynov Onun rəhbərliyi altında ölkəmizi daha möhtəşəm bir gələcək gözlədiyini söyləyib.
Qaradağ rayonu Ümid qəsəbəsinin sakini Elnarə Həsənova da 9 oktyabrda ailəliklə cənab Prezident İlham Əliyevə səs verəcəklərini bildirib.









Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB