Elmi dərəcələri olan şəxslərin maaşları ilə bağlı qərar qəbul edildi
Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda çalışan elmi dərəcələri olan şəxslərin maaşlarına əlavələrin ödənilməsi barədə qərar qəbul edib. Bu barədə SİA-ya Nazirlər Kabinetindən məlumat verilib.
Qərara əsasən, dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərin müəyyən edilən vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat, 3-4-cü və 7-ci əlavələrinə əsasən isə müəyyən edilən vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 76 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 36 manat məbləğində əlavələr ödəniləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB