Zaqatalalılar İlham Əliyevi yenidən prezident görmək istəyir

Zaqatalalılar İlham Əliyevi yenidən prezident görmək istəyir

YAP Zaqatala rayon təşkilatında 9 oktyabrda keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat kampaniyası çərçivəsində rayonun ucqar dağ kəndləri olan Cimcimax, Ələsgər və Sabunçu kəndlərində seçicilərlə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşlərdə çıxış edən Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov ölkəmizdə 10 il ərzində gedən inkişafdan danışaraq seçiciləri 9 oktyabrda keçiriləcək prezident seçkilərində İlham Əliyevə səs verməyə çağırıb.

Görüşlərdə YAP Qadınlar şurasının sədri Vəfa Süleymanova və kənd sakinləri də çıxış edərək xalqı doğru seçimə, parlaq gələcəyə-İlham Əliyevə səs verməyə çağırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə