Elşən Musayev: “RATİ kimi təşkilatlar niyə durduq yerdə özlərinə “əl qatıb” görəsən?”
"Cənab İlham Əliyevin xalq arasında olan nüfuzu və növbəti seçkilərdəki şansı təbii ki, bu dövlətə qarşı olan qüvvələri narahat etməyə bilməz. Belə bir narahatçılığın ortalığa çıxardığı bəzi simptomlar, zəminlər isə artıq hiss olunmaqdadır. Və ya, radikal müxalifətin timsalında uğursuz siyasət "məhsul"larının eyforik təşəbbüsləri, bəlli bir məğlubiyyətin"qabaqdangəlmişliyini"etmə cəhdi, indidən növbəti biabırçılığı önləmə, sığörtalama meyllləri göz görəsi bir şəkildə ortalıqdadır. RATİ-in verdiyi bəyənat da həmin qəbildən və ssenaridən olan hadisə kimi qiymətləndirilməlidir". SIA xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) tərəfindən yayılan "Avropa İttifaqının Azərbaycanda demokratiyanın inkişafında rolu"-adlı bəyənata münasibət bildirərkən söyləyib.
"Əvvəla, əksər Beynəlxalq təşkilatlar Azərbaycanda münbit seçki mühitinin olduğunu söyləyir. Üstəgəl, hələ seçki keçirilməyib, ortalıqda heç bir nəticə-filan da yoxdur. Yaxşi bəs belə olduğu halda RATİ kimi təşkilatların verdiyi bəyənatlar hardan və niyə qaynaqlanır? Niyə durduq yerdə özlərinə "əl qatıblar"? Məncə səbəb bəllidir: İlkin sosial sorğular nəticə etibarilə bunları əməllicə vahiməyə, təşvişə salıb. Özlərini ənənəvi sonluğa hazırlayırlar. Hətta buna kompleks də demək olar. Çünki, necə deyərlər, ən azından öz kəramətlərinə özləri bələddir.
Digər bir məqam: ictimai-siyasi proseslərdən azacıq agah olan kəslər çox yaxşı bilir ki, haqqında danışdığımız RATİ "5-ci kolon"un bariz nümunələrindəndir. Və ya, Qərbdə elə bir anti-Azərbaycan fondu, təşkilatı yoxdur ki, oradan qrant alıb, əleyhimizə donos yazmasın. Eyni zamanda bu quruma rəhbərlik edən Emin Hüseynlinin özü kosmopolit təfəkkürlü bir insandır. Onun təşkilatını isə vaxtilə ABŞ-ın Azərbaycandakı səfirliyində işləmiş Sara adlı həyat yoldaşı idarə edir. Buna görə də təşkilatın müxtəlif Qərb dairələrinə, qurumlarına ünvanladığı anti-Azərbaycan xarakterli müraciətlər məncə təəccüb doğurmamalıdır", - deyə politoloq fikirlərinə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB