Nəsimi rayon idmançıları və gəncləri İlham Əliyevə səs verəcəklər
Yeni Azərbaycan Partiyasının Nəsimi rayon Seçki Qərargahı prezidentliyə namizəd İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Nəsimi rayon idmançıları və gəncləri ilə görüş keçirib. SİA-nın məlumatına görə, görüşdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı siyasi aləmdə, beynəlxalq miqyasda tanınan, möhtəşəm layihələri həyata keçirən Prezident İlham Əliyevin 10 illik fəaliyyəti dövründəki uğurlara nəzər salaraq, ölkənin keçdiyi inkişaf yolunu diqqətə çatdırıb: "Azərbaycanın müstəqil dövlət kimi dünyanın bir çox aparıcı dövlətləri səviyyəsində inkişafı Ulu Öndər Heydər Əliyevin məqsədli fəaliyyəti nəticəsində reallaşıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəqilliyimizin əbədiliyini təmin edərək, ölkəni düşdüyü vəziyyətdən xilas edib. Ölkəmizə səriştəsiz insanların rəhbərlik etdiyi zamanda Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın üçrəngli bayrağının əbədi dalğalanmasının qarantı oldu. Ulu Öndərin siyasi kursunu layiqincə təmsil edən Azərbaycan Prezidenti İlham Əliyev sadiq və layiqli varisi olduğunu siyasi fəaliyyətində, əməlində təsdiqlədi".
M.İbrahimqızı siyasi, iqtisadi aləmdə uğurların bizi müşayiət etməsi ilə bahəm Azərbaycanın hər guşəsinin gözəlləşdiyini, Şirvan, Muğan və digər bölgələrdə görülən işlərin Azərbaycanın füsünkarlığını, heyrətamizliyini daha da qabartdığını qeyd edib: "Budur, Ulu Öndər Heydər Əliyevin qoyduğu təməl və Azərbaycan Prezidenti İlham Əliyevin davam etdirdiyi uğurlu siyasət! XXI əsrin söz yox, əməl zamanıdır. Prezident İlham Əliyev konkret əməli fəaliyyəti nəticəsində təkcə bölgənin deyil, regionun Lideridir. Azərbaycan bayrağı dünya ölkələrində dalğalanır. Bu gün gənclərimiz heç şübhəsiz, Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunur. İnanıram ki, səs verəcək gənc seçicilər cənab İlham Əliyevi dəstəkləyərək ölkəmizin sabahına səs verəcəklər".
Görüşdə çıxış edən, YAP Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycan gəncliyinin düzgün yolda olduğunu vurğulayaraq, onların Prezident İlham Əliyevin siyasətini dəstəklədiklərini bildirib: "Azərbaycan gəncliyi bu gün üçün deyil, sabah üçün yaşayır. Azərbaycanda elə bir sahə yoxdur ki, orada inkişaf olmasın. Azərbaycan dövləti həqiqətən də gənclərin arxasındadır. Cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğı gənclər tərəfindən yüksək qiymətləndirilir. Biz ölkə başçısının gənclərə olan diqqət və qayğısından tam razıyıq. Bu qayğı əməli işlərlə isbat olunub. Cənab Prezident gənclər üçün bütün yolları açaraq, onlara hər sahədə münbit şərait yaradıb. Son illərdə bütün regionlarda xeyli sayda idman qurğuları və gənclər mərkəzləri inşa edilir. Bunlar liderimizin gənclərə diqqətinin əsas nümunələrindən sayılır. Prezident İlham Əliyevin yürütdüyü gənclər siyasəti dünyaya nümunədir. Azərbaycanın hər bir bölgəsində Gənclər Mərkəzi yaradılacaq. Gəncləri gələcəyə, tərəqqiyə, İlham Əliyev səs verməyə çağırıram".
YAP Gənclər Birliyinin sədr müavini, Dünya Azərbaycan Gənclərinin sədri Ramin Məmmədov Prezident İlham Əliyevin gənclərə olan münasibətindən və uğurlu gənclər siyasətindən söz açaraq, Cənab İlham Əliyevin 10 illik prezidentliyi dövründə gənclər siyasətinin yüksələn xəttlə inkişafda olduğunu bildirib: "Bizlər bu gün Azərbaycan gənci olmağımızla qürur duyuruq. Bu qüruru bizdə yaradan davamlı inkişaf, sabit və firavan dövlətdə yaşamağımız, xalqımıza, vətənimizə xidmət ruhunda tərbiyə olunmağımızdır. Hər kəsi Cənab İlham Əliyevə səs verməyə çağırıram".
YAP Nəsimi rayon gənclər birliyinin sədri, YAP Gənclər Birliyi ofisinin rəhbəri Sərraf Hüseynov, YAP Nəsimi rayon təşkilatının təlimatçısı Rəşad Abbaszadə və fəal gənclər çıxış edərək Azərbaycanın gözəlləşdiyini, çiçəkləndiyini qeyd edərək, bunun təməlində iqtisadi inkişafın, siyasi sabitliyin dayandığını qeyd edib, Azərbaycan gəncliyini Cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB