Elmar Məmmədyarov Avropa Şurasının Baş katibi ilə görüşüb

Elmar Məmmədyarov Avropa Şurasının Baş katibi ilə görüşüb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Avropa Şurasının Baş katibi Torbörn Yaqland ilə görüşüb. XİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycanın 2014-cü ildə Avropa Şurasında sədrliyi ilə əlaqədar məsələlər, eləcə də təşkilat ilə Azərbaycan arasında fəaliyyət planı müzakirə edilib.

Nazir Elmar Məmmədyarov Azərbaycanın təşkilat çərçivəsində fəaliyyəti və təşkilatda gələcək sədrliyi dövründə prioritetləri barədə qarşı tərəfə məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə