Nazir: "Hər kəs kameralar vasitəsilə seçki müşahidəsi apara biləcək"

Nazir: "Hər kəs kameralar vasitəsilə seçki müşahidəsi apara biləcək"

"Əksər hallarda seçki prosesində müşahidəçilərlə bağlı bir sıra problemlər yaranır. Ancaq indi MSK-da elə bir şərait yaradılıb ki, bu sistem vasitəsilə istənilən şəxs seçki müşahidəsi apara biləcək". SİA-nın məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, seçicilərin seçki zamanı aktivliyini birbaşa kameralar vasitəsilə izləmək mümkün olacaq: "Hesab edirəm ki, MSK-nın prezident seçkiləri ilə bağlı İKT-nin tətbiqində məqsədi şəffalığın təmin edilməsidir. Bəzən müşahidəçilər seçkilərdə şəffalığın təmin edilməməsi ilə bağlı fikirlər səsləndirilər. Ancaq bu kameraların quraşdırılması bu problemin aradan qaldırılmasına kömək edəcək".

Ə.Abbasov bildirib ki, seçki məntəqələrində veb-kameraların sayının 1000-ə çatdırılması, xüsusi şəbəkələrin quraşdırılması, informasiyanın real rejimdə saxlanılıb internet vasitəsilə əhaliyə açılması deməkdir: "Bütün bunlar isə seçki prosesində şəffaflığın artırılmasına gətirib çıxarır".

Bütün xəbərlər Facebook səhifəmizdə