Qəbələ seçiciləri YAP-ın qələbəsinə əmindirlər

Qəbələ seçiciləri YAP-ın qələbəsinə əmindirlər

YAP tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Qəbələ rayon Yeni Dizaxlı kənd inzibati ərazisində seçicilərlə görüş keçirilib. Yeni Dizaxlı, Dizaxlı, Sarıhacılı və Zirik kəndlərindən olan seçicilərin iştirak etdiyi tədbirdə təbliğat qrupunun üzvü Tofiq Şükürov çıxış edərək, seçki qanunvericiliyi, seçkilərin demokratik şəraitdə keçirilməsi ilə əlaqədar yaradılmış şəraitlə bağlı tədbir iştirakçılarını məlumatlandırıb.

Görüşdə təbliğatçı Aslan Cəlilov 21 illik fəaliyyəti dövründə Yeni Azərbaycan Partiyasının Ulu Öndər Heydər Əliyev yolu ilə irəlilədiyini, çox böyük və şərəfli yol keçdiyini söyləyib: "Cəmiyyətin aparıcı siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu yolu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqa xidmət göstərir. Bütün bu uğurlar, möhtəşəm nailiyyətlər belə bir nəticəyə gəlməyə imkan verir ki, Azərbaycan xalqı bir daha Cənab İlham Əliyevi özünün Prezidenti kimi görmək istəyəcək".

Tədbirdə Yeni Dizaxlı kənd sakinləri, müəllim Zahir Səfərçinov, Mirzəmməd Mirzəliyev, kənd ağsaqqalı Bayram Xasıyev, Zirik kənd sakinləri İlqar Qasımov, Vahid Əkbərov, Ağahəsən Alışov çıxış edərək Prezidentliyə namizəd Cənab İlham Əliyevin rəhbərliyi altında görülən işləri qeyd edib, növbəti seçkidə ona səs verəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə