YAP Ucar rayon təşkilatı prezident seçkiləri ilə əlaqədar rayonun Bərgüşad və Yuxarı Şilyan kəndlərində keçirilən görüşlərdə Milli Məclisinin deputatı Elton Məmmədov və Azərbaycan Qızlar Universitetinin rektoru Ağarəhim Rəhimov çıxış edərək partiyanın namizədi cənab İlham Əliyevin seçki platformasını seçicilərə çatdırıb və onları seçkilərdə aktiv olmağa səsləyiblər.
Seçicilər adından Bərgüşad kənd 1 saylı tam orta məktəbin direktoru Pərviz Xəlilov və Yuxarı Şilyan kənd sakini Nazir Məmmədov çıxış edərək birmənalı olaraq cənab İlham Əliyevi dəstəklədiklərini bildiriblər.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB