ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu missiyası Yeni Azərbaycan Partiyasının Gəncə Şəhər Təşkilatında olub. SİA-nın məlumatına görə, görüşdə YAP Gəncə Şəhər Təşkilatının sədri Naqif Həmzəyev qonaqlara cənab İlham Heydər oğlu Əliyevin Gəncə şəhər Seçki Qərargahının fəaliyyəti haqda ətraflı məlumat verib.
Görüşdə oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıq işləri, təbliğat-təşviqat kampaniyasının gedişi, eləcə də beynəlxalq müşahidəçilərin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB