Yeni Azərbaycan Partiyası Şəki təşkilatının 9 oktyabr prezident seçkiləri ilə bağlı Şəki rayonu Kiçik Dəhnə sakinləri ilə görüşü keçirilib. Belə ki, Kiçik Dəhnə kəndində Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin təbliğat və təşviqat aksiyası keçirilmişdir. Tədbirdə 1000-ə yaxın seçici xüsusi fəallıqla iştirak etmişdir. Mərasimdə Cənab İlham Əliyevin vəkilləri - akademik Yaqub Mahmudov, millət vəkili Cavanşir Feyziyev, YAP Şəki təşkilatının sədri Həsən Həsənov və digərləri iştirak etmişdir.
Kənd sakinləri yekdilliklə Cənab İlham Əliyevi dəstəklədiklərini və Ona səs verəcəklərini qeyd ediblər.
Yeni Azərbaycan Partiyası Şəki təşkilatının 9 oktyabr prezident seçkiləri ilə bağlı Şəki rayonu Kiş sakinləri ilə görüşü keçirilib. Belə ki, Azərbaycanın tarixi məkanında Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin təbliğat və təşviqat mitinqi keçirilmişdir. Tədbirdə 1500-ə yaxın seçici xüsusi fəallıqla iştirak etmişdir. Mərasimdə məşvərətçi qrupun üzvləri, akademik, millət vəkili Yaqub Mahmudov, millət vəkili Cavanşir Feyziyev, YAP Şəki təşkilatının sədri Həsən Həsənov və digərləri iştirak etmişdir. Kənd sakinləri yekdilliklə Cənab İlham Əliyevi dəstəklədiklərini və Ona səs verəcəklərini qeyd ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB