Cəlilabadda seçicilərlə görüş keçirilib

Cəlilabadda seçicilərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürdüyü hazırkı prezident İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını yüksək səviyyədə həyata keçirir. SİA-nın verdiyi məlumata görə, seçiçilərlə növbəti belə görüş Cəlilabad rayonunun Hamarqışlaq və Astanlı kəndlərində baş tutub.

Təbliğat-təşviqat kampaniyasının üzvü politoloq Elman Nəsirov seçicilərlə görüşərək onlara seçkinin əhəmiyyətindən, son beş ildə rayonda və Respublikada görülən işlərdən danışaraq bu ənənəni, sürətli inkişafı davam etdirmək üçün bir daha İlham Əliyevə səs verməyə çağırıb. Seçicilər isə öz növbələrində bildiriblər ki, onlar bu ilki seşkiləri çoxdandır gözləyir və səslərini bir nəfər kimi İlham Əliyevə verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə