Deputatlarımız Vilnüsə yola düşüblər

Deputatlarımız Vilnüsə yola düşüblər

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Avronest Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin həmsədri Fuad Muradov və deputat Rasim Musabəyov sentyabrın 17-də Litvanın Vilnüs şəhərinə yola düşüblər.

Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, deputatlarımız burada Litva Parlamentinin vitse-spikerləri, xarici işlər nazirinin müavini, Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, xarici əlaqələr komitəsinin sədri, bu ölkənin parlamentində təmsil olunan Sosial Demokrat Partiyasının nümayəndələri ilə bir sıra görüşlər keçirəcək, parlamentlərarası münasibətlərin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparacaqlar.

Sentyabrın 20-də isə Fuad Muradov və Rasim Musabəyov Avronest Parlament Assambleyasının təşkil etdiyi "Enerji yetərliliyi və bərpa olunan enerji perspektivində Şərq tərəfdaşlığı" mövzusuna həsr olunmuş seminarda iştirak edəcəklər.

Deputatların və ekspertlərin qatılacağı bu tədbirdə enerji təhlükəsizliyi barədə geniş müzakirələr aparılacaq, rəy və təkliflər dinləniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə