YAP Şəmkir rayon təşkilatı İlham Əliyevin təbliğat-təşviqat kampaniyası ilə əlaqədar geniş tədbir keçirib
Bu gün YAP Şəmkir rayon təşkilatı Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi möhtərəm İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyasının keçirilməsi ilə əlaqədar olaraq Şəmkir rayon Kür qəsəbəsində geniş tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi İlham Heydər oğlu Əliyevin səlahiyyətli nümayəndəsi, YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, Elmlər doktoru, professor, Azərbaycan Dövlət Tibb Universitetində kafedra müdiri Vaqif Şadlinski və YAP Şəmkir rayon Təşkilatı Qərargahı üzvlərindən Yusifov Misir, Bayramov Pirverdi, Məmmədov Eldar, Alıyev Vüqar iştirak ediblər.
Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı çıxış edərək qeyd ediblər ki, bu gün ölkəmiz sürətlə inkişaf edir və əldə etdiyimiz nailiyyətlər Ulu öndər Heydər Əliyevin zamanında müəyyən etdiyi strateji xəttin uğurla həyata keçirilməsinin nəticəsidir.
Tədbirdə həmçinin qeyd olunub ki, ümumiyyətlə dövlət idarəçiliyi təcrübə tələb edir. Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi varisidir və onun siyasətinin davamçısıdır. Güclü Azərbaycanı güclü lider qura bilər. Güclü lider isə bütün səviyyələrdə xalqın maraqlarını qorumağa qadir olmalıdır.
Daha sonra tədbirdə YAP Şəmkir rayon təşkilatı Qərargahı üzvləri Yusifov Misir, Bayramov Pirverdi, Alıyev Vüqar çıxış edərək Prezident İlham Əliyevin son 10 ildə gördüyü işlər haqqında geniş məlumat veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB