Hakim vəkillər barədə cinayət işinin başlanacağına dair xəbərdarlıq edib
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində hakimlə vəkil arasında qalmaqal yaşanıb. SİA-nın əldə etdiyi məlumatına görə, "azadxeber.org" saytının baş redaktoru Nicat Əliyev və digər təqsirləndirilən şəxslər Nəsirov Elvin, Camalov Qorxmaz, Hüseynov Elimxan, Hüseynov Samir, Tofiqli Emin, Məmmədov Səfər, Əliyev Əlinin növbəti məhkəmə iclası olub.
Prosesdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, cinayət işin materiallarında ekspert rəyi vermiş Nahid Məmmədov ifadə verib. Vəkillərin ekspertiza rəyi ilə bağlı suallarına tam cavab verməməsi onların etirazlarına səbəb olub.
Yaranmış mübahisə ilə əlaqədar hakim vəkil Yalçın İmanova 4 dəfə xəbərdarlıq edib, həmçinin barəsində tənbeh tədbiri görülməsi üçün Vəkillər Kollegiyasına müraciət edilməsi barədə protokola qeyd edib. Yalçın İmanov "lap 5-ci xəbərdarlığı verin" deməsini "hakimi təhqir" kimi qiymətləndirən hakim Zeynal Ağayev vəkillər Yalçın İmanova və Elçin Əliyevə cinayət işi başlanması barədə xəbərdarlıq edib.
Qeyd edək ki, SİA öz mənbələrlə xəbərin doğruluğunu təsdiqləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB