“Zəfər bayramı və Türk Silahlı Qüvvələri günü”nün 91-ci ildönümü münasibətilə tədbir keçirilib
Türkiyənin Azərbaycandakı səfirliyində "Zəfər bayramı və Türk Silahlı Qüvvələri günü"nün 91-ci ildönümü münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə səfirliyin və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşeliyinin əməkdaşları, Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətinin, Azərbaycan-Türkiyə İş adamları Birliyinin təmsilçiləri, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri və digər şəxslər iştirak ediblər.
Tədbir Heydər Əliyev adına Ali Hərbi Məktəbin orkestr qrupunun ifasında Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun türk xalqının və Türkiyə Silahlı Qüvvələrinin Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi zəfər qazandığını vurğulayıb. Bildirib ki, bu tarixi zəfər türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsidir.
Daha sonra Türkiyənin Azərbaycandakı hərbi attaşesi, general-mayor Nevzat Taşdemir çıxış edərək tarixi günün əhəmiyyətindən danışıb.
Qeyd edək ki, Zəfər Günü 1922-ci ilin avqustun 30-da türklərin İstiqlaliyyət müharibəsi zamanı Dumlupınar döyüşündə işğalçı qüvvələrin məğlub edilməsindən sonra qeyd olunmağa başlayıb. O zaman Mustafa Kamal Atatürkün başçılıq etdiyi ordu düşmən qüvvələri məğlub edərək, müstəqillik yolunda böyük bir addım atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB