Azərbaycanda azad, ədalətli demokratik seçki mühiti mövcuddur FOTOLAR
Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Qaradağ rayonu üzrə Seçki Qərargahının seminar müşavirəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, Qaradağ rayonu Heydər Əliyev Mərkəzində keçirilən seminarda çıxış edən YAP Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov qarşıda duran vəzifələrdən, görülmüş işlərdən bəhs edib.
Bildirib ki, bu il ölkəmzin ictimai-siyasi həyatında olduqca böyük əhəmiyyətə malik olan prezident seçkiləri ilidir. Azərbaycanda mövcud ictimai-siyasi sabitliyin möhkəm təməllər üzərində bərqərar olduğunu söyləyən A.Hüseynov məhz seçki keçirilən cəmiyyət üçün bu amillərin vacib şərt olduğunu söyləyib. Qeyd edib ki, seçki prosesinə artıq start verilib və cəmiyyətimidə yüksək seçki əhval-ruhiyyəsi mövcuddur. Təşkilat sədri qarşıdan gələn seçkilərdə iştirakla bağlı ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların və birliklərin artıq mühüm qərarlar verdiyini də diqqətə çatdırdı. Vurğulayıb ki, ölkəmizin və Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası birmənalı olaraq seçki prosesində iştirak edir.
"Sözsüz ki, Azərbaycan cəmiyyətinin mütləq əksəriyyətinin və çoxminlim YAP üzvlərinin istək və arzularına uyğun olaraq cənab Prezident İlham Əliyevin namizədliyi irəli sürülüb. Artıq YAP tərəfindən cənab İlham Əliyevin imza toplama kompaniyası uğurla yekunlaşdırılaraq Mərkəzi Seçki Komissiyasına təqdim olunub. Təbii ki, bu prosesdə YAP üzvləri həmişə olduğu kimi bu dəfə də böyük fəallıq nümayiş etdiriblər. YAP Qaradağ rayon təşkilatı imzatoplama kompaniyasında yüksək fəallığı ilə seçildi. Eyni zamanda YAP-ın bütün şəhər və rayon təşkilatlarında olduğu kimi Qaradağda da cənab İlham Əliyevin Seçki Qərargahı artıq formalaşıb. Qaradağ rayonu üzrə artıq fəaliyyət göstərəcək Seçki Qərargahının üzvləri və onun iş qrafiki müəyyənləşib. Bundan əlavə Seçki Qərargahında iş bölgüsü aparılıb və müxtəlif vəzifələr üzrə faəliyyət proqramı müəyyənləşib. Təbii ki, seçki prosesində qarşıya çıxan vəzifələrin icrası ilə bağlı rayon təşkilatı tərəfindən xüsusi proqram hazırlanıb. Bu proqramda Seçki Qərargahının konkret fəaliyyət istiqamətləri, eyni zamanda ərazi ilk partiya təşkilatları ilə sıx əlaqənin yaradılması, operativ informasiya təminatı, seçicinin heç bir maneə ilə üzləşmədən məntəqəyə gələrək öz iradasini azad şəkildə ifadə etməsini təmin edəcək bütün zəruri imkanlar müəyyənləşdirilib", - deyən A.Hüseynov ərazi ilk partiya təşkilatlarının fəaliyyət istiqamətləri barəsində də konkret vəzifələrin olduğunu diqqətə çatdırıb.
Qaradağ rayonu üzrə Seçki Qərargahının üzvü İxtiyar Axundov seçkilərin demokratik dəyərlərə uyğun formada keçirilməsi üçün ölkəmizdə münbit şəraitin olduğunu bildirib. Qeyd edib ki, hər bir cəmiyyətin seçki ilə bağlı öz konkret fikir və ideyaları olduğu üçün bu Azərbaycan cəmiyyəti üçün də xarakterikdir. İ.Axundov ölkəmizdə mövcud olan demokratik seçki prinsiplərinin yaratmış olduğu imkanlara söykənərək qarşıdan gələn prezident seçkilərinin də yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.
Qaradağ rayon Seçki Qərargahının üzvü Mirzə Mirzəyev də ölkəmizdəki demokratik seçki mühitindən danışdı. Bildirdi ki, Azərbaycan öz seçki texnologiyası və təcrübəsi artıq nümunə olacaq bir səviyyəyə yükəslib. M.Mirzəyev 1993-cü ildən ölkəmizdə əsası qoyulan demokratik islahatların tərkib hissəsi olan seçki mühitinin tam demokratik əsaslara söykəndiyini bildirdi.
YAP Qaradağ rayon təşkilatının Aparat rəhbəri Ruslan İsmayılov da çıxışında qarşıdan gələn seçki prosesinə hazırlıqla bağlı qarşıda duran vəzifələrdən danışdı. Bildirdi ki, artıq ölkəmizdə demokratik seçki mühiti formalaşıb ki bu da prosesin tam şəffaf keçirilməsinə təminat verən başlıca meyardır. Aparat rəhbəri Qaradağda da seçki ilə bağlı aparılan işlərin mahiyyətinə toxunaraq qazanılmış seçki təcrübəsinin prosesin gedişinə mübət təsirlərindən bəhs etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB