Elmar Məmmədyarov İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfirini qəbul edib

Elmar Məmmədyarov İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfirini qəbul edib

Elmar Məmmədyarov İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Adel Məhəmməd Adeylahı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazir Elmar Məmmədyarov Azərbaycan və İordaniya arasındakı ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirib, Adel Məhəmməd Adeylaha sözügedən əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.

Səfir Adel Məhəmməd Adeylah Azərbaycanda çalışdığı müddətdə yaradılmış şəraitdən razılığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə