İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb

İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb

Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

SİA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov iclasda bildirib ki, imza vərəqələrini yoxlamaq üçün peşəkar ekspert qrupu yaradılıb. Ekspert qruplarının fəaliyyətinin aşkarlığı maksimal səviyyədə təmin olunub.

İclasda qeyd olunub ki, İlham Əliyevin namizədliyinin qeydə alınması üçün toplanmış 45 min seçici imzalarının düzgünlüyü çox yüksək səviyyədə idi, cəmi 206 etibarsız imza aşkar olunub.

Sonra Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə